Dünyada koronavirusu ən uzun müddət keçirmiş xəstə öldü

Niderlandın paytaxtı Amsterdamda il yarım ərzində koronavirusun 50 mutasiyasını keçirən yaşlı xəstə (kişi) ölüb.

Dünyada koronavirusu ən uzun müddət keçirmiş xəstə öldü
Niderlandın paytaxtı Amsterdamda il yarım ərzində koronavirusun 50 mutasiyasını keçirən yaşlı xəstə (kişi) ölüb.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Bildirilir ki, kişi 2022-ci ilin fevralından - 613 gün xəstə olub. O, "omikron" ştamına yoluxub və universitetin Tibb Mərkəzində müalicə alıb. Eyni zamanda, onun xəstələnmədən əvvəl infeksiyaya qarşı bir neçə dəfə peyvənd olunduğu bilinir.