Dünyadakı yoxsulların sayı AÇIQLANDI

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, (UNDP) eləcə də Britaniyanın Oksford Yoxsulluq və İnsan İnkişafı Təşəbbüsünün (OPHI) ekspertləri dünya üzrə yoxsul insanların sayını hesablayıblar. Araşdırma OPHI-nin rəsmi saytında dərc edilib.

meqale.com lente istinadən xəbər verir ki, hesabata görə, dünya əhalisinin 1,1 milyardı yoxsulluq içində yaşayır. Üstəlik, onların 40%-i (455 milyon nəfər) müharibələr, qeyri-sabitlik və yaxud sülhün aşağı səviyyədə olduğu ölkələrdə yaşayır.

Aşkar olunub ki, yoxsulluq səviyyəsi münaqişələrdən təsirlənən ərazilərdə daha yüksəkdir. Müharibə şəraitində olan ölkələrdə hər üç nəfərdən biri yoxsuldur (34,8%). Münaqişədən təsirlənməyən ölkələrdə isə hər doqquz nəfərdən biri kasıbdır (10,9%).

Alimlər əlavə edib ki, 1,1 milyard yoxsul əhalinin yarısından çoxu 18 yaşa qədər uşaqlardır (584 milyon). Böyüklərin 13,5%-i ilə müqayisədə yoxsulluq içində yaşayır.

Bundan əlavə, yoxsulların böyük əksəriyyətinin kanalizasiya sistemi (828 milyon), mənzil (886 milyon) və ya yemək bişirmək üçün enerjisi (998 milyon) yoxdur.