Dünyanın ən uzunömürlü ailəsi
105 yaşlı Manoel Angelim Dino və braziliyalı 101 yaşlı Maria de Souza Dino cütlüklər arasında ən uzunömürlü evlilik rekordunu qırıblar.
meqale.com xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabının saytı məlumat yayıb. Qeyd olunub ki, onlar 84 il 77 gündür ailəlidirlər.
Manoel və Maria 1940-cı ildə evlənib. Cütlük birlikdə yaşadıqları müddətdə 13 övlad böyüdüblər. Onların 55 nəvəsi, 54 nəticəsi və 12 kötücəsi var. Mariya uzun evliliyin sirrinin sevgi olduğunu bildirib.