Düşmənin Ağdam istiqamətində təxribatının qarşısı alındı
Ağdam istiqamətində qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatının qarşısı alınıb.
Sentyabrın 13-ü saat 12:20 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətindəki döyüş mövqeləri intensiv atəşə tutulub. Bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb.