DYP müraciət etdi - Təəssüflər olsun ki...

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ​ bayramı ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.

DYP müraciət etdi - Təəssüflər olsun ki...
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ​ bayramı ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.

meqale.com xəbər verir ki, müraciətdə deyilir:

"Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il bayramı ilə əlaqədar 2023-cü il dekabr ayının 31-dən 2024-cü il yanvar ayının 7-dək ölkədə qeyri-iş günü olması və​ ötən illərin təcrübəsi deməyə əsas verir ki, belə uzunmüddətli günlərində şəhər əhalisi respublikanın müxtəlif regionlarına səfər edir və bu səbəbdən yollarda nəqliyyatın hərəkət intensivliyi bir qədər də artır. Lakin təəssüflər olsun ki, bəzi sürücülərin tələskənliyi, yollarda müəyyən edilmiş hərəkət sürətin aşmaları, ötmə və manevretmə qaydalarını pozmaları yollarda qəzaların baş vermə ehtimalını artırır.

Belə qəzaların qarşısının alınması, hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması, hər kəsin mənzil başına​ sağ-salamat çatması, eləcə də bayramın xoş əhval-ruhiyyə ilə keçirilməsi üçün dövlət yol polisinin şəxsi heyəti bu müddət ərzində gücləndirilmiş iş rejimində xidmət aparacaq, küçə və yollarda nəzarət gücləndiriləcək.