DYP sürücülərə müraciət etdi - "Bu vəzifənin yerinə yetirilməməsi..."
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib.
meqale.com xəbər verir ki, bu barədə İdarə məlumat yayıb.
Bildirilib ki, qanunvericiliyə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının aydın görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir:
"Bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və inzibati məsuliyyət yaradır. Odur ki, son günlər müşahidə olunan yağmurlu hava şəraitini nəzərə alaraq, avtomobillərin dövlət qeydiyyat nişanlarının təmizliyinə daha çox diqqət ayırmalıdır.