Edin Ceko "Qalatasaray"la oyun qabağı zədələndi

"Fənərbaxça"nın futbolçusu Edin Ceko sıradan çıxıb.

Edin Ceko
"Fənərbaxça"nın futbolçusu Edin Ceko sıradan çıxıb.

meqale.com qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bosniyalı hücumçu komandanın bugünkü məşqində ayaq əzələsindən zədələnib. 37 yaşlı forvardın sabah Superliqanın 16-cı turunun "Kayserispor"la matçında komandaya kömək edə bilməyəcəyi açıqlanıb.

Cekonun dekabrın 24-də "Qalatasaray"la keçiriləcək derbi oyununa hazır olacağı gözlənilir.