Ədliyyə nazirindən Ayşe Barım haqda açıqlama
Türkiyədə məşhur aktyor və aktrisaların meneceri, "İD Consultancy" şirkətinin sahibi Ayşe Barım xəstəxanaya yerləşdirilməsi haqda xəbərlər öz təsdiqini tapmayıb.
meqale.com xəbər verir ki, Cəza və İstintaq Təcridxanaları Baş İdarəsindən verilən açıqlamada Barımın səhhətinin yaxşı olduğu, xəstəxanaya aparılmadığı bildirilib.
Ədliyyə naziri Yılmaz Tunç isə menecerin qardaşı və vəkili ilə görüşü zamanı eşitdiyi xəbərdən təzyiqi yüksəldiyini açıqlayıb. Ona xəstəxanada müayinə təklif olunsa da, Barım bundan imtina edib.