Əfqanıstanda 5,7 bal gücündə zəlzələ olub

Əfqanıstanın Hindukuş dağ silsiləsində 5,7 bal gücündə zəlzələ baş verib.

Əfqanıstanda 5,7 bal gücündə zəlzələ olub
Əfqanıstanın Hindukuş dağ silsiləsində 5,7 bal gücündə zəlzələ baş verib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, təbii fəlakətin episentri Qunduz şəhərindən 176 km şərqdə, ocağı isə 190 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.