Əfsanəvi Serxio Ramosu belə ələ saldı - VİDEO
Karyerasının sonlarında Meksiya üz tutan ispan futbolunun əfsanəsi Serxio Ramosun oyun zamanı görüntüsü gündəm olub.
meqale.com xarici mətbuata istinadən xəbər verir ki, müdafiəçi penalti yerinə yetirməyə hazırlaşan zaman qəribə halla üzləşib.
Diqqəti çəkən məqam isə rəqib komandanın qapıçısının ona qarşı etdiyi hərəkət olub.
Belə ki, qolkiper penalti zərbəsi öncəsi arxasını Ramosa çevirərək, onu ələ salıb.
Sözügedən anlar sosial şəbəkələrdə də geniş müzakirələr yaradıb.
Qeyd edək ki, 39 yaşlı futbolçu karyerası ərzində "Sevilya", "Real Madrid", "Psj" kimi Avropa nəhənglərinin formasını tərlədərək, uğurları ard-arda sıralayıb. O, İspaniya millisi ilə Dünya və Avropa çempionu titulunu da qazana bilib.