Əfv Komissiyasının iclasları başa çatdı - 700-dən çox müraciətə baxıldı

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Əfv Komissiyasının iclasları başa çatdı - 700-dən çox müraciətə baxıldı
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, toplantıda Komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb.

Bununla da Komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 700-ə çatıb.

Xatırladaq ki, indiyə qədər 69 Əfv sərəncamı və 12 Amnistiya aktı imzalanıb.

Sonuncu sərəncam 8 may 2023-cü il tarixdə imzalanıb. Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında sərəncam imzalanıb.