Əhalinin ayda neçə kq ət istehlak etdiyi məlum oldu

Ötən il Azərbaycanda bütün növ ət və ət məhsullarının illik istehlakı adambaşına 43.5 kiloqram olub. Bu isə 2022-ci illə müqayisədə 1.4 kiloqram çoxdur.

meqale.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il ölkədə adambaşına 16.9 kq mal əti, 9.2 kq qoyun və keçi əti, 1 kq donuz əti, 16.4 kq quş əti istehlak edilib.

Beləliklə, Azərbaycanda ayda adambaşına 2.3 kq mal və qoyun əti, 1.4 kq isə quş əti yeyilib.

Qeyd edək ki, hesabat dövründə 258.8 kq süd və süd məhsulları, 189 ədəd yumurta, 8 kq isə balıq əti istehlak edilib.