Əhaliyə XƏBƏRDARLIQ - Bu gecə saat 00:00-da... - FOTO
Bu gün və sabah Bakıda geomaqnit qasırğası müşahidə olunacaq.
meqale.com baku.ws-ə istinadən bildirir ki, geomaqnit qasırğası bu gün saat 12-dən etibarən aşağı səviyyədə olmaqla başlayıb. Saat 15:00-da isə pik həddə çatacaq. Daha sonra nisbətən azalsa da günboyu və sabah davam edəcək.
Orta səviyyəli geomaqnit qasırğası sabah səhər saat 3 radələrində pik həddinə çatacaq. Ümumilikdə isə gün boyu aşağı səviyyə ilə davam edəcək. Sabah saat 15-də qasırğanın şiddəti azalsa da, 18-də yenidən aşağı səviyyəli müşahidə ediləcək. 21-də isə ümumiyyətlə maqnit qasırğası müşahidə olunmayacaq.