Əhaliyə XƏBƏRDARLIQ - Sentyabrın 5-dən 21-dək...

Sentyabrın 5-dən 21-dək aktiv meteor yağışı olacaq.

Əhaliyə XƏBƏRDARLIQ - Sentyabrın 5-dən 21-dək...
Sentyabrın 5-dən 21-dək aktiv meteor yağışı olacaq.

Bu barədə meqale.com-a Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Qeyd olunub ki, bu il ε-Perseid meteor yağışı sentyabrın 5-dən 21-dək aktiv olacaq və sentyabrın 9-da pik həddə çatacaq.

Bakıdan baxanda yağış hər gecə saat 19:30 radələrində üfüqün şərq tərəfində görünəcək və saat 05:45-dən səhərə qədər aktiv qalacaq. Yağış saat 05:00-da - üfüqdən ən hündür nöqtədə olanda daha intensiv olacaq. Yağışın pik nöqtəsində saatda 10-a qədər meteor görüləcəyi təxmin edilir.