Ekvador qaranlığa büründü: Nəqliyyat iflic oldu, əhali susuz qaldı
Ekvador tamamilə zülmətə qərq olub, ölkənin hər yerində elektrik enerjisinin kəsilməsi qeydə alınıb.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və ictimai işlər naziri Roberto Luke xəbər verib.
Nazirin sözlərinə görə, buna səbəb elektrik xətlərində baş verən nasazlıqdır.
Paytaxt Kitoda metro işləmir. Həmçinin, işıqforların işləməməsi şəhərdə nəqliyyat sıxlığına səbəb olub. Ölkədə internet xidmətlərində fasilələr müşahidə olunur. Ekvadorun cənub-qərbindəki ən böyük şəhər olan Quayakildə əhaliyə içməli su ehtiyatı götürməyi tövsiyə edilib.