"Elçilikdə elə geyindim ki, məni qəbul etməsinlər"
Müğənni Aysel Əlizadə şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib.
meqale.com xəbər verir ki, o, verilişdə illər əvvəl ailə qurmağa yaxın olduğunu, lakin son anda qərarından döndüyünü söyləyib.
Sənətçi deyib ki, elçilik zamanı evlənmək istəmədiyi üçün qısa ətək geyinərək özünü bəyənməmələri üçün cəhd edib:
"Elçilikdə elə geyindim ki, məni qəbul etməsinlər. Amma gələcək qayınanam çox müasir xanım çıxdı və 'çox gözəl görünürsən' dedi. Düşündüm ki, planım alınmadı. Məsələ nişana qədər irəliləmişdi. Nişandan bir ay əvvəl isə fikrimi dəyişdim və dedim ki, evlənmək istəmirəm".
Aysel həmin dövrdə gənc yaşda olduğunu, ani qərar verdiyini və sonradan bunun məsuliyyətini dərk etdiyini bildirib:
"Ailə qurmaq üçün sevgi, həyəcan və istək olmalıdır. Mən isə bunların heç birini hiss etmirdim".