Elçin Hüseynovdan beynəlxalq turnirdə möhtəşəm QƏLƏBƏ

Əməkdar idman ustası Elçin Hüseynov beynəlxalq turnirdə çempion olub.

Elçin Hüseynovdan beynəlxalq turnirdə möhtəşəm QƏLƏBƏ
Əməkdar idman ustası Elçin Hüseynov beynəlxalq turnirdə çempion olub.

meqale.com  xəbər verir ki, o, Gürcüstanın Qardabani şəhərində keçirilmiş yarışda kikboksinqin K1 versiyası üzrə çempion olaraq qızıl medal qazanıb. 

Yarışda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Ermənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Rusiya, Ukrayna, Moldova, Belarus, İran, Bolqarıstan və Rumıniya idmançıları da mübarizə aparıblar.