Elektromobillərlə bağlı deputatdan təklif

Parklanma yerlərində elektromobillərin doldurulması üçün məntəqələrin yaradılması yaxşı olardı.

Elektromobillərlə bağlı deputatdan təklif
Parklanma yerlərində elektromobillərin doldurulması üçün məntəqələrin yaradılması yaxşı olardı.

meqale.com Trend-ə istinadən bildirir ki, bunu deputat Naqif Həmzəyev parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, ölkəyə elektromobillərin gətirilməsinin təşviq edilməsi və qanunvericilikdə güzəştlərin nəzərdə tutulması yaxşı haldır.

"Amma həmin avtomobillərin doldurulması üçün məntəqələrin tikintisində problemlər var. Sahibkarlara da bu məntəqələrin tikilməsinə şərait yaradılmır. Yaxşı olardı ki, parklanma yerlərində elektromobillərin doldurulması üçün məntəqələr yaradılsın", - deyə deputat əlavə edib.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) parklanmanın idarə edilməsi ilə bağlı mobil tətbiqi artıq istifadəyə verib. İstifədəçilər mobil tədbiq vasitəsilə boş parklanma yerlərini tapa bilirlər. Mobil tətbiq istifadəçilərin vaxtlarına qənaət etməyə imkan verir. Parkalanma yerlərinin doluluğu ilə bağlı məlumatlar mobil tətbiqdə xəritə üzərində rənglərlə əks edilir.