Əli Əsədov bağça müəllimləri ilə bağlı qərar imzaladı

Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nda dəyişiklik edilib.

Əli Əsədov bağça müəllimləri ilə bağlı qərar imzaladı
Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nda dəyişiklik edilib.

meqale.com xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarə əsasən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri ilə yanaşı,Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparıb və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edəcəklər.

Bununla yanaşı, sertifikatlaşdırma Şurasının təqdim etdiyi sertifikatlaşdırmanın nəticələri barədə məlumat əsasında Elm və Təhsil Nazirliyi sertifikatlaşdırmadan keçən və keçməyən təhsilverənlərin siyahısını hazırlayaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə göndərəcək.