“Əliağa Vahidin qızı işsizdir, evi çox pis vəziyyətdədir” - VİDEO
Dahi qəzəlxan Əliağa Vahidin qızı Firəngiz xanımın sosial problemləri var.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, şairin 68 yaşlı yadigarının vəziyyəti barədə tarzən Humay Qədimova öz instaqram hesabında məlumat verib.
"İşsizdir, təkdir, evi çox pis və təmirsiz vəziyyətdədir", - o deyib.
H. Qədimova Ə. Vahidin qəzəllərinə müraciət edən xanəndə və meyxanaçıları Firəngiz xanıma kömək etməyə çağırıb.