Əlilliyin müəyyən olunmasından imtina olunubsa, nə etməlisiniz? – Hakimdən açıqlama

Əgər Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əlilliyin müəyyən olunması imtina haqqında qərar qəbul edilibsə, bu qərar iki halda mübahisələndirilə bilər. Birinci hal odur ki, şəxs öz seçiminə görə imtina qərarını aldıqdan sonra 30 gün müddətinə inzibati məhkəməyə müraciət edə bilər. Digər hal isə həmin qərarı aldıqdan sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müraciət edə bilər". 

meqale.com xəbər verir ki, bunu Ali Məhkəmənin İnzibati kollegiyasının hakimi Rahib Nəbizadə deyib. 

Hakim bildirib ki, əgər Komissiyanın qərarında şikayətin verilmə müddəti göstərilməyibsə, onda o qərarı aldıqdan sonra 6 ay müddətinə, şikayət vermə müddəti göstərilibsə, 30 gün müddətinə Agnetliyə şikayət verə bilər: "Əgər agentlik də şikayəti təmin etməsə, şəxs nazirlikdə yerləşən Apelyasiya Şurasına müraciət edə bilər. Bu şikayət də təmin edilməsə, Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasna müraciət vermək hüququ var. Və ya şəxsin bu şikayətləri dayandırıb, birbaşa məhkəməyə müraciət etmək imkanı var. Burada da müddət qeyd etdiyim kimi, 30 gün hesablanır. Əgər bu müddət üzrsüz səbəbdən ötürülübsə, məhkəməyə şikayətə baxmır".