Əməkdar artistin son vəziyyəti açıqlandı

"Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Əməkdar artisti Vahid Əliyevin səhhəti həkimlər tərəfindən orta-ağır, stabil olaraq qiymətləndirilir".

Əməkdar artistin son vəziyyəti açıqlandı
"Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Əməkdar artisti Vahid Əliyevin səhhəti həkimlər tərəfindən orta-ağır, stabil olaraq qiymətləndirilir".

meqale.com bildirir ki, bu barədə oxuya teatrın mətbuat katibi Samirə Əşrəf məlumat verib.

Onun sözlərinə görə, teatrın rəhbərliyi aktyorun ailəsi ilə daim əlaqə saxlayır və vəziyyəti ilə maraqlanır:

"Bilirsiniz ki, Vahid müəllim bir müddətdir, səhhəti ilə bağlı müalicəsini xəstəxana şəraitində davam etdirir. Mütəmadi olaraq teatr rəhbərliyi tərəfindən aktyorun vəziyyəti diqqətə saxlanılır. Bu gün də Gənc Tamaşaçılar Teatrının direktor müavini, Vahid müəllimin sənət dostları, aktyorlar ona xəstəxanada baş çəkərək səhhəti ilə maraqlanıblar".