Emil Əmiraslanov azadlığa buraxıldı
Dələduzluğa və rüşvətə təhrik etməyə görə məhkum edilmiş Bakı Humanitar Kollecinin sabiq rektoru Vaqif Əmiraslanovun oğlu Emil Əmiraslanov vaxtından əvvəl azadlığa buraxılıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.
Təqsirləndirilən Əmiraslanov 2020-ci ildə 3 nəfərin ümumilikdə 52 min manat pulunu ələ keçirməkdə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
O, 3 il sonra barəsindəki hökmdən apellyasiya şikayəti verib, Ali Məhkəmənin Plenum qərarına əsaslanaraq Cinayət Məcəlləsinin 32.4,312.2-cü (rüşvət verməyə təhrik etmə) maddəsinin ittihamdan xaric edilməsini, eyni məcəllənin 178.2.2 və 178.2.4-cü (dələduzluq) maddələri ilə təyin edilmiş 2 il azadlıqdan məhrum etmə cəzasını çəkməsini nəzərə alaraq cəzadan azad edilməsini xahiş edib.
İlqar Murquzovun sədrlik etdiyi məhkəmə heyəti şikayəti təmin edib. E.Əmiraslanov məhkəmə zalından birbaşa azadlığa buraxılıb.