Emil İbrahimin 50 illik yubileyinə həsr olunmuş xatirə konserti keçiriləcək - VİDEO - FOTO

17 noyabr 2025-ci ildə saat 19:30-da Opera Studiya məkanında görkəmli Azərbaycan caz musiqiçisi Emil İbrahimin 50 illik yubileyinə həsr olunmuş xatirə konserti baş tutacaq.

Konsertdə mərhum musiqiçinin dostları və həmkarları onun xatirəsini səhnədə musiqi ilə anacaqlar. Səhnədə İsfar Sarabski, Emil Əfrasiyab, Sevda Ələkbərzadə, Ruslan Hüseynov, Salman Qəmbərov & "Bakustic Jazz", Elvin Bəşirov, Cəmil Əmirov və "Savab Qrupu", Tofiq Cabarov və "Bakuba Band", İsgəndər Ələsgərov, Elbəy Məmmədzadə, Rüfət Ələsgərov, Səbinə Hacıyeva, Ülviyyə Rəhimova, Dihaj & the Band çıxış edəcəklər. Gecənin aparıcısı - Rahib Azəri olacaq.

Konsert müasir Azərbaycan cazının inkişafında mühüm iz qoymuş musiqiçiyə hörmət və ehtiram ifadəsi kimi təşkil edilir.

Biletlər https://iticket.az/ru/events/concerts/emil-ibrahim-50th-anniversary-jubilee-concert