Emin “DreamFest”ə bu qədər pul xərcləyib
Xalq artisti və iş adamı Emin Ağalarov dünya ulduzlarının iştirakı ilə Azərbaycanda keçirilən "DreamFest" Beynəlxalq Musiqi festivalı üçün xərclədiyi məbləği açıqlayıb.
meqale.com olay-a istinadən bildirir ki, bu haqda sənətçi Laura Cuqeliyaya müsahibəsində danışıb. Ağalarov bildirib ki, festivala külli miqdarda vəsait sərf edib:
""DreamFest" beynəlxalq musiqi festivalına 8,5 milyon dollar (təxminən 14 milyon manat) pul xərcləmişəm. Və bu son rəqəm deyil. Bu festival bütün "SeaBreeze" üçün əla tanıtım vasitəsidir".
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun