Emoməli Rəhmon: Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır
Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır. Ölkələrimizi zamanın sınağından çıxmış münasibətlər birləşdirir.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə səsləndirib.
Tacikistan Prezidenti, həmçinin deyib: "Bizim aktual regional və beynəlxalq məsələlərdə mövqelərimiz eynidir. Ölkələrimizin xalqlarının daha da yaxınlaşmasına yönələn humanitar əlaqələr fəal inkişaf edir". meqale.com