Emre Belözoğlu qəzaya düşdü: Xəstəxanalıq oldu

Türkiyə millisinin sabiq futbolçusu, hazırda məşqçilik fəaliyyəti ilə məşğul olan Emre Belözoğlu İstanbulda avtomobil qəzası keçirib.

Emre Belözoğlu qəzaya düşdü: Xəstəxanalıq oldu
Türkiyə millisinin sabiq futbolçusu, hazırda məşqçilik fəaliyyəti ilə məşğul olan Emre Belözoğlu İstanbulda avtomobil qəzası keçirib.

meqale.com xəbər verir ki, Belözoğlunun vəziyyətinin yaxşı olduğu bildirilib.

Fanatik-ə açıqlama verən Emre Belözoğlu deyib: "Qəza keçirdim, amma ciddi bir vəziyyət yoxdur. Ayağımdan kiçik bir əməliyyat keçirdim. Hazırda yaxşıyam. Xəstəxanadayam, amma qorxulacaq bir vəziyyət yoxdur, tamamilə yaxşıyam."