Ən yaxın adamı Paşinyana etiraz edir
Ermənistanda hakim "Mülki müqavilə" Partiyası parçalanır.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.
Bildirilib ki, partiya daxilində əvvəlki birlik yoxdur: "İki əks-qütb yaranır: Nikolistlər və Qriqoryanlar. Söhbət ondan gedir ki, həmişə qərbyönümlü siyasəti ilə seçilən, Rusiya əleyhinə bəyanatlar verən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu dəfə baş nazir Nikol Paşinyanın Avropaya meyl etmək siyasətinə qarşı çıxır".