Əraqçi: Pezeşkian etirazçılarla dialoqa girib
İran hakimiyyəti ölkədəki etiraz aksiyaları faktını tanıyıb və nümayişçilərlə dialoqa girib.
meqale.com report-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazeera"yə müsahibəsində deyib.
"Hökumət aksiyaları tanıyıb və etirazçıların nümayəndələri ilə danışıqlar aparıb, Prezident Məsud Pezeşkian onlarla görüşüb", - Əraqçi bildirib.