Ukraynada hərbi vəziyyət və səfərbərlik yenidən uzadıla bilər
Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin 90 gün müddətinə uzadılmasını nəzərdə tutan qanun layihəsini təqdim edib.
meqale.com xəbər verir ki, sənədlərdə hərbi vəziyyət və səfərbərliyin 2026-cı ilin fevralın 3-dən mayın 3-dək qüvvədə qalması təklif olunur.
Qanun layihələri Ali Radanın müzakirəsinə göndərilib. Təsdiqlənərsə, Ukraynada təhlükəsizlik tədbirləri və səfərbərlik prosedurları cari qaydada davam etdiriləcək.