Ərdoğan AK Partinin Ankara bələdiyyə başçısı namizədini açıqlayacaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Parti) Ankara bələdiyyə başçısı namizədini 15 yanvar tarixində açıqlayacaq.
meqale.com-ın TurkicWorld-un məlumatına görə, bu barədə AK Partinin seçki işləri üzrə sədri Əli İhsan Yavuz açıqlama verib.
Məlumata əsasən, 15 yanvar tarixində Ankara daxil olmaqla, 48 vilayətin də namizədləri açıqlanacaq.