Ərdoğan Azərbaycanla imzalanan iki sazişi təsdiqlədi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi ilə Azərbaycan arasında imzalanan daha iki sazişi təsdiqləyib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bununla bağlı müvafiq sənədlər "Resmi Gazete"də yayımlanıb.
Sənədə əsasən, 2022-ci il dekabrın 22-də imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol" qüvvəyə minib.