Ərdoğan: Bu terrorçulara baha başa gəldi

İraqın şimalında şəhid olan Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisinin qanı yerdə qalmadı.

Ərdoğan: Bu terrorçulara baha başa gəldi
İraqın şimalında şəhid olan Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisinin qanı yerdə qalmadı.

meqale.com report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 23-də "Yüz ilin dəyişimi İstanbul" konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə hərbçilərinə qarşı xain hücum terrorçulara baha başa gəldi: "İndiyədək 12 terrorçu məhv edilib. Sərhədlərimizdə terrorçu qruplaşmanın olmasına icazə verməyəcəyik. Bütün imperialist güclər bunu bilməlidir".

Qeyd edək ki, İraqın şimalında terrorçuların hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi şəhid olub.