Ərdoğan HƏMAS lideri ilə danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla HƏMAS lideri İsmayıl Haniyə arasında telefon danışığı baş tutub.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə "Haber Qlobal" məlumat yayıb.
Məlumata görə, telefon danışığında münaqişənin aradan qaldırılması istiqamətində atılan addımlar müzakirə edilib.
Qeyd edək ki, bu gün HƏMAS lideri İsmayıl Haniyə Qətər və Misirə atəşkəsə razılıq verdiklərini bildirib.