Ronaldo Ağ Evdə - VİDEO
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın şərəfinə rəsmi şam yeməyi verib.
meqale.com xəbər verir ki, tədbirin xüsusi qonaqları arasında futbol ulduzu Kriştianu Ronaldo, eləcə də "Tesla"nın rəhbəri İlon Mask və "Apple"ın baş direktoru Tim Kuk yer alıblar.
Tramp çıxışında oğlunun Ronaldonun böyük fanatı olduğunu deyib və onunla tanışlıqdan məmnunluğunu ifadə edib. Ronaldo isə Trampa hörmət etdiyini bildirərək, onu "dünyanı dəyişdirə biləcək şəxslərdən biri" adlandırıb.