Ərdoğan Rəisi ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə görüşündə Suriya, İraq, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
"İkitərəfli və regional əlaqələri müzakirə etdik. Terrorla mübarizədə birgə fəaliyyət göstərməyimizin vacibliyini vurğuladıq. PKK/PYD/YPG və PJAK-a qarşı əməkdaşlığımızın daha da gücləndirilməsinə toxunduq", - Ərdoğan bildirib.