NASA naməlum anomal hadisələrlə bağlı hesabat verdi
ABŞ Aerokosmik Agentliyi bir il ərzində naməlum anomal fenomenlər (NAF, agentlikdə UNO-nu belə adlandırmaq təklif edilib) haqqında məlumatları öyrənilməsi ilə məşğul olan müstəqil ekspert qrupunun fəaliyyəti haqqında hesabat təqdim edib. Hesabatın özü NASA-nın saytında dərc edilib.
"Əsas nəticə odur ki, hələ öyrənməli olduğumuz çox şey var. Müstəqil tədqiqat qrupu NAF-ların yer mənşəli olmamasına dair heç bir sübut tapmayıb, lakin biz bu naməlum hadisələrin əslində nə olduğunu bilmirik", - deyə agentliyin rəhbəri Bill Nelson bəyan edib.
meqale.com oxuya istinadən xəbər verir ki, Nelson, həmçinin naməlum anomal hadisələrin tədqiqi proqramına yeni direktorun təyin olunduğunu da açıqlayıb.
Qrupun digər üzvlərinin iş zamanı trollinq və hətta təhdidlərlə üzləşməsi səbəbindən NASA yeni direktoru potensial təqibçilərdən qorumaq üçün onun adını açıqlamayıb.