Ərdoğan terror təşkilatına qarşı əməliyyatlardan danışdı
2024-cü ildə Türkiyə FETÖ-yə qarşı 4 902, İŞİD terror təşkilatına qarşı 1 399 əməliyyat keçirib.
meqale.com bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilin yekunları ilə bağlı sosial şəbəkə hesablarında paylaşımında qeyd edib.
Prezident vurğulayıb ki, Türkiyə terrorun maliyyələşdirilməsinə qarşı yönəlmiş əməliyyatlarda 76 milyon 506 min lirə ələ keçirib.
Ərdoğan əlavə edib ki, Türkiyədə Kahramanmaraş zəlzələsindən təsirlənən 11 vilayətdə 201 min 688 yaşayış və iş yerinin tikintisi tamamlanıb.