Ərdoğan və Baydenin müşavirləri Qəzzanı müzakirə etdi

Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç və ABŞ-ın milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan arasında telefon danışığı baş tutub.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb

Söhbət zamanı Türkiyə-Amerika münasibətləri, İsrailin Qəzza zolağında davam edən hücumları, Ukraynadakı vəziyyət və regional məsələlər müzakirə edilib.

Bundan əlavə, Kılıç və Sallivan terrorizmlə, xüsusilə PKK, FETÖ təşkilatı və İŞİD-ə qarşı mübarizədə əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.