Ərdoğan Yunanıstanda səfərdədir - FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın paytaxtı Afinaya səfər edib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Ərdoğanın Yunanıstana səfəri bir gün davam edəcək.
O, səfər çərçivəsində Türkiyə-Yunanıstan Yüksəksəviyyəli Əməkdaşlıq Şurasının beşinci iclasında iştirak edəcək, eləcə də Yunanıstan Prezidenti Katerina Sakelaropulu və Baş nazir Kiriakos Mitsotakis ilə ikitərəfli görüşlər keçirəcək.