Ərdoğandan HƏMAS-ın atəşkəsə razılıq verməsinə reaksiya

HƏMAS-ın bizim təkliflərimizlə atəşkəs razılaşmasını elan etməsindən məmnunuq.

Ərdoğandan HƏMAS-ın atəşkəsə razılıq verməsinə reaksiya
HƏMAS-ın bizim təkliflərimizlə atəşkəs razılaşmasını elan etməsindən məmnunuq.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS-ın İsraillə atəşkəsə razılıq verməsini şərh edərkən deyib.

Ərdoğan qeyd edib ki, indi İsrail də eyni addımı atmalıdır:

"Mən bütün Qərb oyunçularını İsrail administrasiyasına təzyiq göstərməyə çağırıram".

Qeyd edək ki, bu gün HƏMAS lideri İsmayıl Haniyə Qətər və Misirə atəşkəsə razılıq verdiklərini bildirib.