Ərə getmək üçün fermadan qaçan 16 yaşlı qız tapıldı

Ağdamda yaşadığı fermadan ailə qurmaq məqsədi ilə qaçan 16 yaşlı qız tapılıb.

Ərə getmək üçün fermadan qaçan 16 yaşlı qız tapıldı
Ağdamda yaşadığı fermadan ailə qurmaq məqsədi ilə qaçan 16 yaşlı qız tapılıb.

meqale.com oxuya istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Əsəd İbrahim oğlu Cavadzadə ilə ailə qurmaq məqsədi ilə qaçan 2008-ci il təvəllüdlü A.Ə. polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı ekspertiza təyin olub. Əsəd İbrahim oğlu Cavadzadə saxlanılaraq polis şöbəsinə gətirilib. Araşdırmalar davam edir.

Xatırladaq ki, iyul ayının 10-da Ağdam rayonu Çəmənli kəndində fermada yaşayan qız sevdiyi şəxslə ailə qurmaq məqsədi ilə onunla qaçmışdı.