Ərəblərin Azərbaycana yeni axını başladı - Səbəb odur ki...
"Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı yenidən artmağa başlayıb. Bu ilin ilk ayında ölkəmizə 165,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,3 faiz çox tursit gəlib. Gələnlərin 27,5 faizi Rusiya, 19,8 faizi Türkiyə, 9,7 faizi İran, 6,1 faizi Hindistan, 4,9 faizi Gürcüstan, 3,5 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Qazaxıstan, 2,7 faizi Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları olublar".
meqale.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
Deputat əlavə edib ki, turistlərin mənşə coğrafiyasında dəyişiklik davam edir:
"Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,9, Qırğızıstandan - 3,4, Bəhreyndən - 2,7, Səudiyyə Ərəbistanından - 2,7, Hindistandan - 2,5, Omandan - 2,4, Özbəkistandan - 2,4, Tacikistandan - 2,3, Qazaxıstandan - 2,3, Filippindən - 1,8, İtaliyadan - 1,7, İspaniyadan - 1,7, Türkmənistandan - 1,7, Küveytdən - 1,6, Cənubi Koreyadan - 1,6, İordaniyadan - 1,6 dəfə artıb.