Erməni hərbçi: Əməliyyat zamanı belə aldadıldıq

Qarabağda sülhməramlıların arxasında gizlənərək təxribatlar törədən erməni terrorçu Karen Ambardsumyan Ordumuzun sentyabrın 19-20-də keçirdiyi antiterror əməliyyatından danışıb.

meqale.com globalinfo.az-a istinadən xəbər verir ki, o, Azərbaycan Ordusunun hücumu zamanı mühasirəyə düşdüklərini deyib.

"Xocavənddə mühasirədə idik, çıxmaq mümkün deyildi. Ruslar gəlib bizi mühasirədən çıxardılar. Onlar bütün postları tərk-silah etdilər, hamımızı toplayıb apardılar", - o bildirib.

Mühasirədə olduqlarını və sülhməramlıların sayəsində sağ qaldığını etiraf edən Ambardsumyan absurd fikir səsləndirirək, guya mübarizə aparmaq istədiklərini iddia edib:

"Bizə dedilər ki, təslim olmasanız, qadınlar, uşaqlar öləcək. Ona görə ağlaya-ağlaya silahı yerə qoyduq. Lakin sonradan bildik ki, bizim rəhbərlik qadınlar və uşaqlarla bağlı bu iddianı bizi hədələmək üçün uydurub".

Qeyd edək ki, Azərbaycan Ordusu sentyabrın 19-da ildırımsürətli əməliyyatla Qarabağda terrorçuların istifadə etdikləri yolları nəzarətə götürüb, mövqelərini sıradan çıxarıb və hərəkətlərini məhdudlaşdırıb. Hərbi ekspertlər Ordumuzun bu əməliyyatını dünya hərb tarixində yeni rekord kimi qiymətləndiriblər.