Erməni idmançının amansızlığı Rusiyanı dəhşətə saldı

Keçmiş MMA döyüşçüsü Karen Toroyan və daha iki nəfər Novorossiyskdə qadını öldürməkdə şübhəli bilinir.

Erməni idmançının amansızlığı Rusiyanı dəhşətə saldı
Keçmiş MMA döyüşçüsü Karen Toroyan və daha iki nəfər Novorossiyskdə qadını öldürməkdə şübhəli bilinir.

meqale.com publika.az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Bildirilir ki, 3 nəfər 38 yaşlı qadını qaçırıb, daha sonra onu meşəyə apararaq öldürüblər. Müstəntiqlərin fikrincə, kişilərdən biri qurbana 9 bıçaq zərbəsi vurub. O, noyabrın 26-da saxlanılıb və narkotik vasitədən istifadə etdiyi aşkarlanıb və polis bölməsində həddindən artıq dozadan ölüb.

Erməni əsilli Toroyan hədə-qorxu ilə tələbetmə, silah oğurluğu, narkotik ticarəti və oğurluğa görə cinayət keçmişinə malikdir.