Erməni nazir: Anklavlar Ermənistanın inzibati ərazisinə daxil deyil
Qazaxla həmsərhəd Tavuş bölgəsindəki anklavlar Ermənistanın inzibati ərazisinə daxil deyil.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan jurnalistlərə bildirib.
"Delimitasiya üçün hüquqi əsası olan və hər iki tərəf üçün məqbul xəritələr seçilməlidir", - erməni nazir əlavə edib.
O qeyd edib ki, Ermənistandan Gürcüstana gedən əsas yolun Azərbaycanla sərhədi keçən və ya ona yaxın ərazidə yerləşən hissələri və infrastrukturu var.