Erməni rəqibinə qalib gələrək çempion oldu
Azərbaycanın yunan-Roma güləşçisi Ayxan Cavadov Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb.
meqale.com xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
60 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız həlledici qarşılaşmada ermənistanlı Yurik Mxitaryanla üz-üzə gəlib.
Rəqibini 12:5 hesabı ilə məğlub edən A.Cavadov dünya çempionu olub.