“Erməni sakinlərə qarşı pis rəftar qeydə alınmayıb” - BMT
BMT-nin Qaçqınlar üzrə Komissarlığı (UNHCR) bildirib ki, Qarabağı tərk edən ermənilərə qarşı rəftarla bağlı açıqlama verib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə BMT QAK-ın Ermənistandakı nümayəndəsi Kavita Belani mətbuat konfransı ilə çıxış edib.
Belani deyib ki, Qarabağı tərk edən ermənilərə qarşı pis rəftar qeydə alınmayıb:
"Pis rəftar halları qeydə alınmayıb. Uzun və yorucu yol, tıxac insanlar üçün çətindir. Heç kim təzyiqə məruz qalma halları barədə məlumat paylaşmayıb".
Onun sözlərinə görə, Ermənistan hökuməti Qarabağdan gələn erməniləri sərhəd qeydiyyat mərkəzlərində qeydiyyata alır, digər bölgələrdə isə əlavə 10-a yaxın humanitar mərkəz fəaliyyət göstərir.
meqale.com