Ermənilər Xocalı aeroportunu niyə bu formada tikib?
Xankəndidə keçmiş qondarma rejimin tikdiyi bəzi binalar - "parlament binası", Ermənistan Respublikasının Könüllülər İttifaqı ("Yerkrap") və s. bir müddət əvvəl sökülüb. Mütəxəssislər Xocalı hava limanının da məhv olmuş xunta rejiminin saxta gerbindəki qartal təsvirinin formasında tikildiyini, həmçinin "Nənə və Baba" heykəlinə bənzədiyini bildirirlər. Onlar bunu əsas gətirərək, həmin hava limanının da sökülməsinin zəruri olduğunu qeyd edirlər.
meqale.com xəbər verir ki, əslən Xocalıdan olan deputat Elman Məmmədov Globalinfo.az-a açıqlamasında sovet dönəmində ermənilərin Xankəndinin girişində tikdikləri heykələ görə Azərbaycan rəhbərliyinin öz etirazını bildirdiyini deyib.
"O heykəli Qarabağda məqsədli şəkildə tikiblər ki, oranın erməni torpağı olduğunu iddia edə bilsinlər. O "abidə" də digər binalar kimi cəhənnəmə vasil olmalıdır. Ölkə başçısı hər zaman nəyi nə vaxt edəcəyini yaxşı bildiyini deyir. Yəqin ki, o heykəlin də söküləcəyi zaman gələcək. Onun yerində tarixi Azərbaycan türk torpağı olduğu üçün özümüzə məxsus möhtəşəm abidə ucaldılmalıdır", - E.Məmmədov bildirib.
Deputat deyib ki, Xocalı hava limanı işğal dövrü ərzində erməniləşdirilib: