Ermənistan AES-in istismar müddəti 2036-cı ilədək uzadılır

"Gələn il Metsamor Atom Elektrik Stansiyasının (AES) istismar müddətini uyğun lisenziya ilə 2036-cı ilədək uzatmağı planlaşdırırıq".

Ermənistan AES-in istismar müddəti 2036-cı ilədək uzadılır
"Gələn il Metsamor Atom Elektrik Stansiyasının (AES) istismar müddətini uyğun lisenziya ilə 2036-cı ilədək uzatmağı planlaşdırırıq".

meqale.com report-a istinadən xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan parlamentdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, AES-in istismar müddətinin uzadılması məqsədilə 20,2 milyard dram (təxminən 50 milyon dollar) ayrılıb.